Pakistanın Baş naziri Malayziyaya səfər edəcək

Pakistanın Baş naziri Malayziyaya səfər edəcək
20:20

Pakistanın Baş naziri Şahbaz Şərif 5-7 oktyabr tarixləri aralığında Malayziyada səfərdə olacaq.

News365.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.

Bildirilib ki, səfər Malayziyanın Baş naziri Ənvər İbrahimin dəvəti ilə baş tutacaq.

"İki lider ticarət, İT və telekommunikasiya, halal sənayesi, investisiya, təhsil, enerji, infrastruktur, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər", - məlumatda vurğulanıb.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra sazişlərin imzalanması planlaşdırlır.


Sizin reklam burada
Sizin reklam burada