ABŞ-dan Avropaya sərt çağırış: “Rusiyanın dondurulmuş vəsaitlərini işə salın”

ABŞ-dan Avropaya sərt çağırış: “Rusiyanın dondurulmuş vəsaitlərini işə salın”
18 Noy 2025 16:26

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mettyu Uitaker Avropa ölkələrinə sərt çağırış edib. O, Rusiyaya qarşı daha qəti və aqressiv mövqe sərgiləməyin vaxtının çatdığını bildirib.

News365.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, diplomat avropalı müttəfiqlərin Ukraynanın müdafiə xərclərini qarşılamaq üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsinə başlamağını tələb edib. Uitaker bu addımı yaxın illərdə Kiyevə maliyyə dəstəyinin təmin olunması baxımından “ciddi irəliləyiş” kimi qiymətləndirib.

Bu arada “Politico”nun yazdığına görə, Belçika hələlik ehtiyatlı mövqe nümayiş etdirir. Brüssel rəhbərliyi dondurulmuş aktivlərdən istifadənin detalları aydınlaşmadan razılıq verməyəcəyini bildirir və mümkün risklərin Avropa İttifaqı ilə bölüşdürülməsi üçün təzyiqləri davam etdirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada