Ermənistan prokurorluğu bu sabiq vəzifəli şəxslərdən 1,75 mln. dollar tələb edir

Ermənistan prokurorluğu bu sabiq vəzifəli şəxslərdən 1,75 mln. dollar tələb edir
19:20

Ermənistan Baş Prokurorluğu 2008-ci il 1 mart işi üzrə ittiham olunan dörd nəfərdən 670 milyon dram (1,75 milyon dollardan çox) tələb edir.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baş prokuror Anna Vardapetyan onların arasında sabiq prezident Robert Koçaryanın, keçmiş ərazi idarəetmə naziri Armen Gevorqyanın, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəhbəri Seyran Ohanyanın və onun keçmiş müavini Yuri Xaçaturovun olduğunu bildirib.

Onun sözlərinə görə, iddia ərizəsi ilə yanaşı, müttəhimlərin əmlakına həbs qoyulması üçün vəsatət də verilib.


Sizin reklam burada
Sizin reklam burada