Yaxın Şərqdəki münaqişə qlobal təchizat zəncirlərində problemlər yaradıb.
News365.az xəbər verir ki, bu səbəbdən Tokio və Detroytda avtomobil sektorunda mühərrik yağı, boya və digər məhsulların çatışmazlığı yaranıb.
Ekspertlər bildirirlər ki, ABŞ və İran arasında mümkün razılaşma döyüşləri dayandıra bilər.
Lakin İranın Hörmüz boğazını bağlamasının yaratdığı problemlər səbəbindən kiçik müəssisələr üçün vəziyyət dərhal yaxşılaşmayacaq.