Olimpiya çempionu mənfi 15 dərəcə havada rəqs etdi - VİDEO

Olimpiya çempionu mənfi 15 dərəcə havada rəqs etdi - VİDEO
10:45

Rusiyanın məşhur idmançılarından olan fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Alina Zagitova sosial mediada gündəm olub. O, Amur vilayətində keçirilən "ZimFestAmur" festivalının açılışında iştirak edib. Bu barədə Port Amur məlumat yayıb.


İdmançı mənfi 15 dərəcə havada buz üzərinə çıxaraq bacarığını nümayiş etdirib. Onun belə çətin hava şəraitində ictimaiyyət qarşısında çıxış etməsi alqışlara səbəb olub.


“Bu gün qarşınızda konki sürmək şərəfinə nail olduğum üçün  hər kəsə təşəkkür edirəm. Sizə demək istəyirəm ki, öz arzunuza inanın, heç vaxt təslim olmayın və hədəflərinizə doğru gedin”, – deyə fiqurlu konkisürən bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada