Polkovnik Nofəl Əsədov vəzifəsindən azad edildi

Polkovnik Nofəl Əsədov vəzifəsindən azad edildi
14:40

Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Nofəl Əsədovun vəzifəsindən azad edildiyi bildirilir.

News365.az xəbər verir ki, onun hansı səbəbdən vəzifədən azad edilməsi hələlik açıqlanmır.

Qeyd edək ki, Nofəl Abbas Əli oğlu Əsədov 29 aprel 1982-ci il tarixdə Bakı şəhərində anadan olub. 2004-2005-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib.

2004-cü ildə Azərbaycan Texniki Universitetini, 2013-cü ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bakalavr dərəcəsi üzrə, 2016-cı ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini magistr dərəcəsi üzrə bitirib.

2006-2023-cü illərdə müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 20 sentyabr 2023-cü il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilib. Ədliyyə polkovnikidir. Ailəlidir, 2 övladı var.

Məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu ünvanlanıb.


Sizin reklam burada
Sizin reklam burada