Diz çökməli olacaqsınız – İran parlamentinin sədri

Diz çökməli olacaqsınız – İran parlamentinin sədri
13:10

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ dövlət katibi Marko Rubionun İrana dair açıqlamalarına cavab olaraq Birləşmiş Ştatları alçaldıcı məğlubiyyət gözlədiyini bildirib.

News365.az xəbər verir ki, Qalibaf bu barədə  “X” sosial şəbəkəsində yazıb.

O, tarix boyu qədim sivilizasiyaları məhv etməyə çalışan işğalçıların aqibətini xatırladıb:

“Biz iranlılar tarix boyu özlərini kainatın sahibi elan edən və qədim sivilizasiyaları yer üzündən silməyə çalışanlara qarşı dayanmışıq. Onlar od-alovla gəlir, rüsvay və şərəfsiz şəkildə gedirdilər”.

Qalibaf ABŞ-a ünvanladığı mesajda tarixi müqayisə də aparıb:

“İsgəndərin şöhrətinə varis olmaq istəyənlər Valerianın aqibətini bölüşəcəklər. Siz diz çökməli olacaqsınız”.

Makedoniyalı İsgəndər eramızdan əvvəl IV əsrdə İran imperiyasını fəth edib. Roma imperatoru Valerian isə eramızın 260-cı ilində Edessa döyüşündə məğlub olduqdan sonra Sasani hökmdarı I Şapura əsir düşüb. İranda bu hadisə güclü rəqibin alçaldılmasının rəmzi kimi tez-tez xatırladılır.

Qeyd edək ki, Marko Rubio çərşənbə günü İranın Hörmüz boğazına nəzarəti “tamamilə itirdiyini” iddia edib. O, buna dəlil kimi sentyabrda Fars körfəzi ölkələrindən neft ixracının həcminin bərpa olunmasını göstərib.



Sizin reklam burada
Sizin reklam burada