Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçirilir.
Milli Gimnastika Arenasında baş tutan yraışda Ömər Rəcəbli 1/4 finala vəsiqə əldə edib. O, 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
Zelim Tçkayev isə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qalib gələrək 1/4 finala adlayıb.