Real Madrid-də sentyabr ayının ən yaxşı oyunçusu seçilən Arda Gülər mediaya açıqlama verib.
“Bu mükafatı almaq mənim üçün çox böyük əhəmiyyət daşıyır. Buna görə çox xoşbəxtəm və qürur duyuram. Hər kəsə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, bu il çempionluqları qazana bilərik və mən də buna öz töhfəmi verə bilərəm. Bizi gözləyən bütün oyunlarda qalib gəlmək üçün çalışırıq.”- deyə o qeyd edib.