Azərbaycan əsgərini evinə dəvət edən erməni qadına medal verildi

Azərbaycan əsgərini evinə dəvət edən erməni qadına medal verildi
12:47

Ermənistanda evinə yad azərbaycanlı dəvət edən, Nəsimini 3 gün qonaq saxlayan Ani üzərində Ermənistan hakimiyyəti növbəti dəfə şou hazırlayır, əxlaqsız qadına medal belə verirlər.

Məlumata görə, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib. Sosial şəbəkənin erməni seqmentində yayılan kadrlardan aydın olur ki, guya “yaralı” olduğu üçün xəstəxanada yatızdırılan Sünik (Qarakilsə) rayonunun Şəki kənd sakini Ani Avetisyana göstərdiyi “qəhrəmanlığa” görə medal təqdim olunub. Bu fakt erməni cəmiyyətinin və bütövlükdə Ermənistanın ənənəvi stereotiplərdən azad olmaq istəmədiyini bir daha göstərir. Azərbaycanlı hərbçiyə məkan yeri göndərərək onu evinə çağıran, 3 gün mənzilində saxlayan erməni qadını “zərərçəkən” qismində təqdim etməyə çalışan Ermənistan bu tamaşa ilə də nələrsə əldə etməyə çalışır.

Qeyd edək ki, Azərbaycan əsgəri Nəsimi Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qadın tərəfindən bıçaqlandığı açıqlansa da, səhhəti barədə məlumat verilmir.

Baş nazir Nikol Paşinyan hərbçinin müqavimət göstərmədiyini və atəş aməçmadığını desə də, Ermənistanda yüngül əxlaqlı qadın ətrafında hazırlanmış tamaşa davam edir.


Musavat.com



Sizin reklam burada
Sizin reklam burada