Gəncədə yaşayış evində meyit aşkarlandı

Gəncədə yaşayış evində meyit aşkarlandı
10:20

Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

News365.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Kişinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada