Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.
Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə hektar başına 300 manat artıq subsidiya ödəniləcək.
Bununla yanaşı, buğda və arpa əkini zamanı sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.
Qeyd edək ki, yeni qərarların əsas məqsədi sertifikatlı toxum istehsalını və istifadəsini təşviq etmək, yerli toxumçuluğun inkişafına dəstək verməkdir.Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.
Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə hektar başına 300 manat artıq subsidiya ödəniləcək.
Bununla yanaşı, buğda və arpa əkini zamanı sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.
Qeyd edək ki, yeni qərarların əsas məqsədi sertifikatlı toxum istehsalını və istifadəsini təşviq etmək, yerli toxumçuluğun inkişafına dəstək verməkdir.