Masazırda 4 avtomobil yanıb, kül oldu

Masazırda 4 avtomobil yanıb, kül oldu
10:50

Dünən axşam Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobilin yandığı hadisə baş verib.

News365.az xəbər verir ki, yanğın “Yeni Bakı” yaşayış kompleksinin həyətində qeydə alınıb.

Həyətdə park edilmiş avtomobillərdən biri alovlanıb, daha sonra yanğın yaxınlıqdakı digər maşınlara keçib. Nəticədə üç avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri gəlib. Yanğının səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada