"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib

"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşməyib
22:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.

News365.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib. “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Hazırda 16 xala malik "ağ-qaralar" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik qonaqlar isə ikinci yerdədir.

Turun bu gün baş tutan açılış matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada