Nyu-York hava limanında təyyarə qəzasında 40-dan çox adam xəsarət alıb - Yenilənib

Nyu-York hava limanında təyyarə qəzasında 40-dan çox adam xəsarət alıb - Yenilənib
23 Mar 2026 13:57

Air Canada Express təyyarəsinin La Quardia hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.

News365.az CNBC-yə istinadən verdiyi məlumata görə, bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.

Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib.


11:46

Nyu-Yorkun La-Guardia hava limanında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşın toqquşub.

News365.az “New York Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 yanğınsöndürən ağır yaralanıb. 

İnsident “Air Canada” şirkətinə məxsus təyyarənin yerə enməsindən bir qədər sonra qeydə alınıb.

Qəzadan sonra La-Guardia hava limanı bağlanıb.


“NBC News” telekanalının məlumatına görə, qəza nəticəsində təyyarənin iki pilotu həlak olub. 


Sizin reklam burada
Sizin reklam burada