İnsanların ən uzun yaşadığı ölkə məlum olub.
2026-cı il göstəricilərinə görə insanların ən uzunömürlü olduğu ölkə Monakodur. Ölkədə doğulan insanlar üçün orta ömür uzunluğu təxminən 86,7 il təşkil edir.
Reytinqdə ikinci yerdə San Marino – 86 il, üçüncü yerdə isə Honq Konq – 85,9 il qərarlaşıb. Yaponiya 85,2 illə dördüncü sıradadır.
Mütəxəssislər yüksək ömür uzunluğunun səhiyyə xidmətlərinin əlçatanlığı, həyat səviyyəsi, qidalanma və digər sosial-iqtisadi amillərlə əlaqəli olduğunu bildirirlər.