Narkotikdən istifadə edən sürücülər saxlanıldı

Narkotikdən istifadə edən sürücülər saxlanıldı
14 Fev 2025 13:14

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün  saxlanılıb.

News365.az xəbər verir ki, yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. 

Həmçinin “Mercedes” markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Sizin reklam burada
Sizin reklam burada