Ukrayna Silahlı Qüvvələri (VSU) səfərbərlikdən yayınmaq üçün xaricə uçan ən azı 10 sənətçi haqqında axtarış elan edib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, axtarışda olanlar arasında müğənni İvan Dorn və Maks Barskix (əsl adı - Nikolay Bortnik-red.) də var. Bundan başqa, musiqiçilər Artik (əsl adı – Artem Umrixin-red.) və Potap (əsl adı – Aleksey Potapenko-red.) hərbi xidmətdən yayınıblar.
Məqalədə deyilir: “Ulduzlar aidiyyəti qurumları Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə xaricdə konsertlər keçirəcəklərinə inandırdılar, Mədəniyyət Nazirliyindən razılıq aldılar və səlahiyyətli "dayı"ların müşayiəti ilə Qərbə uçdular”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural