Moskvada atışma: yaralılar var

Moskvada atışma: yaralılar var
02 Mar 2025 21:00

Moskva vilayətindəki “Krasnıy Kit” ticarət mərkəzində atışma baş verib.


News365.az xəbər verir ki, ilkin məlumatlara görə, üç nəfər xəsarət alıb, ziyarətçilər küçəyə təxliyə edilib


Şahidlərin sözlərinə görə, ziyarətçilərdən birinin qara qutusu olub, onu mühafizəçilər saxlayıb. Bundan sonra münaqişə yaranıb və şəxs travmatik tapançadan atəş açıb.


Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.


Ziyarətçilər artıq ticarət mərkəzinə qayıdırlar, mağazalar isə fəaliyyətini bərpa edib.



Sizin reklam burada
Sizin reklam burada