Sürücülərin nəzərinə! Sabah Bakıda bu yollar BAĞLANIR – TAM SİYAHI

Sürücülərin nəzərinə! Sabah Bakıda bu yollar BAĞLANIR – TAM SİYAHI
13:40

Bakıda sabah - sentyabrın 15-də bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxt yollarında sıxlığın daha da artacağı gözlənilir.

News365.az xəbər verir ki, AAYDA, AYNA və DİN-in aidiyyəti qurumlarının açıqlamalarına əsasən, paytaxtın bir neçə rayonunda yol təmiri işləri davam edir.

Belə ki, Moskva prospektinin Biləcəri enişi hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Sentyabrın 4-dən qüvvədə olan məhdudiyyət təmir işləri başa çatanadək davam edəcək.

Bundan başqa, Binəqədi rayonunun Xocəsən qəsəbəsində Elçin Əzizov küçəsində də təmir işləri aparılır. Sentyabrın 14-dən başlayan işlərlə əlaqədar ərazidə nəqliyyatın hərəkəti işlərin gedişindən asılı olaraq tam və ya qismən məhdudlaşdırılır.

Xətai rayonunda isə Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində təmir işləri ilə əlaqədar hərəkətə məhdudiyyət tətbiq edilir. Sözügedən küçələrdə nəqliyyatın hərəkəti işlərin gedişindən asılı olaraq tam və ya qismən dayandırıla bilər.

Eyni zamanda, Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri davam edir. Bu ərazidə də nəqliyyatın hərəkətinin tam və ya qismən məhdudlaşdırılması mümkündür.

Sabunçu rayonunun Bəşir Bünyadov küçəsində, həmçinin Ramana qəsəbəsində Mehdi Hüseynzadə küçəsində də təmir işləri ilə əlaqədar müəyyən məhdudiyyətlər qüvvədədir.

Digər tərəfdən, 8 Noyabr prospektində təmir işləri aparılsa da, yolun nəqliyyat üçün bağlanması nəzərdə tutulmur.

Paytaxtda yol məhdudiyyətləri ilə yanaşı, 15 sentyabr – yeni tədris ilinin ilk günü olması səbəbindən səhər saatlarında nəqliyyat sıxlığının kəskin artacağı gözlənilir. Xüsusilə Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt şosesi, Babək prospekti, 8 Noyabr və Tbilisi prospektləri, Əbdülvahab Salamzadə, Alı Mustafayev və Üzeyir Hacıbəyli küçələrində sıxlıq yarana bilər.

Sürücülərə səhər saatlarında yola əvvəlcədən çıxmaq, mümkün qədər alternativ marşrutlardan istifadə etmək və yol hərəkəti qaydalarına riayət etmək tövsiyə olunur.

Qeyd edək ki, 15 sentyabrda Formula 1 yarışına görə Bakı Şəhər Halqası ərazisində kütləvi yol bağlanması gözlənilmir. 2026-cı il Azərbaycan Qran-prisinin sentyabrın 24-26-da keçirilməsi nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada