Mərkəzi Neftçilər Xəstəxanasının müalicə alan 1952-ci il təvəllüdlü şəxs (kişi) 11.09.2026-cı il tarixində saat 19:00 radələrində ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
***
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.
Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.
Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.