“Gürcüstanın
sabiq baş nazir müavini və iqtisadiyyat naziri Levan Davitaşvili SOCAR-ın
İtaliyada əldə etdiyi “Italiana Petroli” şirkətinə rəhbər təyin olunub. Bunadək
isə sən demə bu Davitaşvili SOCAR prezidentinin müşaviri işləyirdi”.
Bunu sosial
səhifəsində hüquqşünas Əkrəm Həsənov yazıb.
O əlavə edib
ki, Miqrasiya Məcəlləmizin 61-ci maddəsinə əsasən əcnəbiyə bizdə yalnız o zaman
iş icazəsi verilə bilər ki, işçi qüvvəsinə olan ehtiyacı yerli əmək ehtiyatları
hesabına təmin etmək imkanı yoxdur:
“Yəni
neftçilər ölkəsi olan Azərbaycanda SOCAR müşaviri vəzifəsinə yerli kadr yoxdur?
İtaliyadakı şirkətə təyin ediləsi Vətən oğlu və ya qızı yoxdur?.. Eyni problem
digər dövlət və özəl şirkətlərimizdə də var. Yığıblar ora əcnəbiləri. Sanki
işsizliyin artdığı Azərbaycanda yerli kadrlar yoxdur. Miqrasiya Məcəlləsini də
kobud şəkildə pozurlar bununla...”
News365.az