Sabahın hava proqnozu - Yağış yağacaq, şimşək çaxacaq

Sabahın hava proqnozu - Yağış yağacaq, şimşək çaxacaq
13:15

Azərbaycanda iyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.

Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacağı ehtimal edilir.


Sizin reklam burada
Sizin reklam burada