Millimiz Gürcüstana məğlub oldu

Millimiz Gürcüstana məğlub oldu
15:41

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

Milli Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.

Xatırladaq ki, Azərbaycan yığması daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.


Sizin reklam burada
Sizin reklam burada