Zelenskinin adamları ilə görüşdüm, razılığa gəldik...

Zelenskinin adamları ilə görüşdüm, razılığa gəldik...
19:00

Minskdə Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndələri ilə görüşdüm, razılığa gəldik ki, Belarus Ukraynaya qarşı müharibəyə cəlb edilməməlidir.

News365.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Zelenskinin nümayəndələri bu yaxınlarda burada idilər. Mən onlara birbaşa dedim: “Siz bunu prezidentinizə çatdırın: əgər o düşünürsə ki, bizimlə bu cür danışmaq, üstəlik bizi müharibəyə cəlb etmək olar, onda başa düşməlidir ki, müharibənin xarakteri dərhal dəyişəcək. Bu müharibə tamamilə fərqli olacaq. Yeri gəlmişkən, cavabı da aldıq: prezident və onlar bunu başa düşürlər”, - o bildirib.


Sizin reklam burada
Sizin reklam burada