Meyxanaçı gəlin namizədi olmadan özünə toy etdi - VİDEO

Meyxanaçı gəlin namizədi olmadan özünə toy etdi - VİDEO
02 Fev 2025 16:33

Mərhum meyxanaçı Məşədibabanın oğlu Mircəlal maraqlı addım atıb.

Bu barədə o, “Rəngarəng” verilişində danışıb.

Gənc meyxanaçı deyib ki, həyatında kimsə olmasa da, özünə toy edib:

“Mən ailə qurmamışam, 22 yaşım var. Biz bakılılarda belə bir adət var ki, kişi toyunu əvvəlcədən edib, sonra kimisə tapıb gətirə bilərsən. Mən pul yığmaq üçün etməmişdim. Ağbirçəklər, ağsaqqallar var idi, xəstəydilər, can üstündəydilər. Arzuları idi, mənim toyumu görsünlər. Onlara xatir etdim. Yaxşı ki, etmişəm, bir neçəsi dünyasını dəyişdi”.//olay


Sizin reklam burada
Sizin reklam burada