Tədqiqatçılar
üç günlük maqnit fırtınası proqnozunu açıqlayıblar. Alimlər yeni həftənin kiçik
bir maqnit qasırğası ilə başlayacağı barədə xəbərdarlıq ediblər.
Bu, güclü olmayacaq, lakin təsirini hava şəraitinə həssas olanlar hiss edə bilər.
Kr-indeksinin bu səhər artıq 4.7-yə yüksəldiyi və 5-ə çatdıqda maqnit
fırtınasının başlayacağı bildirilir.
Proqnoza görə,
iyunun 30-da 5 bal gücündə maqnit qasırğası gözlənilir. 5 bal gücündə maqnit
qasırğası həm avadanlıqlara, həm də insanların rifahına təsir göstərə bilər.
Belə günlərdə bəziləri baş ağrıları, zəiflik, yuxululuq, qan təzyiqinin kəskin
artması, diqqətin azalması və qıcıqlanmanın artmasından şikayətlənirlər.
Ürək-damar xəstəlikləri olan insanlar, yaşlılar və hava dəyişikliklərinə həssas
olanlar sağlamlıqlarına xüsusilə diqqətli olmalıdırlar.
Xroniki xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar da risk
altındadır.
Məsələ ilə
bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə
günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab
edir:
“Belə günlərdə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az