Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı

Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı
11:56

Oktyabrın 3-də axşam saatlarında Biləcəri dəmir yolu stansiyası ərazisindən rabitə kabeli oğurlamağa cəhd göstərən şəxs Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, onun 42 yaşlı İ.Əliyev olması və Keşlə dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.

Araşdırma aparılır.

 


Youtube kanalımız

Oxşar xəbərlər