Laminin atası: Mən Yamal deyiləm!

Laminin atası: Mən Yamal deyiləm!
18:10
“Barselona”nın ulduzu Lamin Yamalın atası Munir Nəsraui ona və oğluna necə düzgün müraciət etməyi izah edib.

News365.az xəbər verir ki, 19 yaşlı hücumçunun atası bu barədə “Barca Universal” bildirib:

“Mənə Yamal deməyi dayandırın. Mən Yamal deyiləm! Yamal soyad deyil. Onun soyadı Nəsraui Ebana, adı isə Lamin Yamaldır”.

Şənbə günü La Liqanın “Barselona” və “Alaves” arasında keçirilən matçında Lamin Yamal Nəsraui Ebana iki qol vurub və bir məhsuldar ötürmə edib. Matç “Barsa”nın 6-1 hesablı qələbəsi ilə başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada