ABŞ-da erməni həkim “Botoks” dələduzluğuna görə 15 il həbs cəzası aldı

ABŞ-da erməni həkim “Botoks” dələduzluğuna görə 15 il həbs cəzası aldı
17:52

ABŞ-ın Kaliforniya ştatında milliyətcə erməni olan həkim Violetta Mailyan dövlətin Medicare tibbi sığorta proqramına qarşı 45 milyon dollardan çox dələduzluq etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

İstintaqın məlumatına görə, 45 yaşlı Mailyan faktiki olaraq həyata keçirilməyən, tibbi göstərişi olmayan “Botoks” prosedurları üçün dövlətə hesablar təqdim edib. O, hətta klinikanın bağlı olduğu günlərdə 19 milyon dollardan çox məbləğdə xidmət göstərdiyini bəyan edib.


Həkim əldə etdiyi pulları lüks əşyalara, avtomobillərə və daşınmaz əmlaka xərcləyib. Məhkəmə onun 16 milyon dollardan çox dəyərində əmlakının müsadirə olunmasına və Medicare proqramına təxminən 32,9 milyon dollar təzminat ödəməsinə də qərar verib.


Sizin reklam burada
Sizin reklam burada