Ağstafada iki qızı avtomobil vurub.
News365.az məlumatına görə, hadisə rayonun Poylu kəndində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili 16 yaşlı Svetlana Əhmədovanı və onun həmyaşıdı Nuranə Qasımovanı vurub.
Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, xəsarət alan hər iki şəxs məktəblidir.
Faktla bağlı araşdırma aparılır.