Goranboyda piydanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Ş. Məmmədov idarə etdiyi “Ford Tranzit” markalı avtomobil ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən 1992-ci il təvəllüdlü A. Vəliyevi vurub. Sezar pizza
Piyada dərhal xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsinə baxmayaraq 34 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA