Ərdoğan Cənubi Koreyaya gedir

Ərdoğan Cənubi Koreyaya gedir
20:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunqun dəvəti ilə noyabrın 1-dən 4-dək Seula səfər edəcək.

News365.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədəTürkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

Liderlər və nümayəndə heyətləri arasında rəsmi danışıqların 3 noyabr çərşənbə axşamı günü keçirilməsi planlaşdırılır. Tərəflər iki ölkənin strateji tərəfdaşlığının bütün aspektlərini müzakirə edəcək və mövcud regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Duranın sözlərinə görə, səfər zamanı ikitərəfli münasibətlərin hüquqi çərçivəsini gücləndirməyə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada