Kanal S-dən açıqlama: “Nigar Fərhadla bağlı tədbir görüləcək”

Kanal S-dən açıqlama: “Nigar Fərhadla bağlı tədbir görüləcək”
31 Mar 2025 17:40

Kanal S-in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər. 


News365.az xəbər verir ki, manset.az cəmiyyətdə ciddi rezonans doğuran bu məsələ ilə bağlı Kanal S-in Baş direktor müavini Ramin Mustafayevlə əlaqə saxlayıb.

O, açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:

"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".

Qeyd edək ki, Nigar Fərhad zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gəlib və sərt tənqid olunub. 



Sizin reklam burada
Sizin reklam burada