Şuradan xanım aparıcının fikirlərinə reaksiya

Şuradan xanım aparıcının fikirlərinə reaksiya
31 Mar 2025 18:00

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.


News365.az xəbər verir ki, bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.


Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və açıqlama veriləcək.


Qeyd edək ki, kanalın "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad efirdə "Oğluma atasız qız almaram" demiş və onun bu sözləri güclü ictimai qınağa və etiraza səbəb olmuşdur. Aparıcı daha sonra video çəkərək üzr istəmişdi


Sizin reklam burada
Sizin reklam burada