Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır

Mamdani: Netanyahu Nyu-Yorka gələrsə, həbs olunmalıdır
20:00

İsrail Baş naziri Benyamin Netanyahu sentyabrda BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-York şəhərinə səfər edərsə, müharibə cinayətlərinə görə həbs olunmalıdır.

News365.az xəbər verir ki, bunu Nyu-York şəhərinin meri Zohran Mamdani “The New York Times“a müsahibəsində deyib. 

“Mən hesab edirəm ki, Baş nazir Netanyahu Haaqada mühakimə olunmalıdır. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan hərbi cinayətkardır. Və görəcəksiniz ki, bu, son uzun illər ərzində onun əməllərinin doğurduğu nəticələrə görə çoxlarının bölüşdüyü bir fikirdir”, — Nyu-York meri bildirib. 

Nyu-York şəhərinin meri vurğulayıb ki, Netanyahu sentyabrdşəhərə səfər edərsə, onun həbsinə əmr verə biləcəyinə dairvəkillərlə məsləhətləşmələrə davam edir.

Buna baxmayaraq, Mamdani qeyd edib ki, mer kimi Nyu-Yorkda qüvvədə olan qanunlara əməl edəcək. 

O əlavə edib ki, şəhərə rəhbərlik edən şəxs üçün qanunun aliliyinə riayət etmək vacibdir.


Sizin reklam burada
Sizin reklam burada