Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti dünya nizamında baş verən dəyişikliklərin Avropaya da təsir etdiyini nümayiş etdirib.
News365.az xəbər verir ki, bunu Parisdə keçirilən “istəklilər koalisiyası”nın danışıqlarından sonra mətbuat konfransında Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, hazırda hökm sürən beynəlxalq vəziyyət Fransadan ciddi öhdəliklər tələb edir.