Macarıstan Kiyevə silah yardımına razı olmayacaq

Macarıstan Kiyevə silah yardımına razı olmayacaq
11:50

Macarıstan hakimiyyəti Ukrayna tərəfinə silah tədarükü üçün on milyardlarla avro ayırmağa razı olmayacaq. Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto X sosial şəbəkəsindəki səhifəsində bildirib.


O qeyd edib ki, Macarıstan nümayəndələri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı tələsik hərəkətlərə qarşı çıxacaqlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada