Kursantlarına makiyajı öyrədən polis akademiyası - FOTOLAR

Kursantlarına makiyajı öyrədən polis akademiyası - FOTOLAR
15:00

Yaponiyada polis akademiyası kursantlarına makiyaj sənətini də öyrədir. Bu barədə South China Morning Post məlumat yayıb.


Qeyd edilib ki, Fukusima Polis Akademiyası öz tədris planına qeyri-adi element əlavə etməklə dərsləri yeniləmək qərarına gəlib: "Kursantlar, o cümlədən kişilər üçün makiyaj kursları keçirilir. Bu təşəbbüs polis əməkdaşlarının peşəkar imicini yüksəltmək məqsədi daşıyır. Proqramın məqsədi gələcək polis əməkdaşlarına səliqəli və peşəkar xarici görünüşünü necə saxlamağı öyrətməkdir ki, bu da onların ictimaiyyətlə işləməsi üçün xüsusilə vacibdir".

Akademiyanın direktor müavini Takeşi Sugiura da məsələ reaksiya verib. O deyib:  "Biz tələbələrə xatırlatmaq istəyirik ki, istər cəmiyyətin üzvləri, istərsə də gələcək polis zabitləri kimi, düzgün xarici görünüşün qorunması çox vacibdir".

Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün akademiya Yaponiyanın məşhur kosmetik brendi Shiseido-nun məsləhətçiləri ilə əməkdaşlıq edib. Mütəxəssislər dərinin nəmləndirilməsi, karandaş çəkilməsi və qaş qələmlərindən istifadə kimi əsas makiyaj texnikaları üzrə ustad dərsləri keçirməklə yanaşı, hər bir tələbəyə fərdi tövsiyələr də veriblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada