"Biz Ərdoğana güvənməliyik!"- Zelenski

"Biz Ərdoğana güvənməliyik!"- Zelenski
17:13

Ukrayna Türkiyənin təhlükəsizlik zəmanətlərinə inanmalıdır.

News365.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Əgər təhlükəsizlik zəmanətlərindən danışsaq, mən həmkarlarıma demişəm ki, Türkiyəyə və Türkiyə prezidentinə etibar etməliyik. Niyə? Çünki çox vacibdir. Gəlin görək, kim birlik üçün real şəkildə dəstək verməyə hazır olacaq", - Zelenski qeyd edib.

O əlavə edib ki, mümkün hərbi mövcudluğunu nəzərə alaraq Türkiyəyə etibar edilməlidir. 

Zelenski həmçinin qeyd edib ki, əgər iqtisadi təhlükəsizliyin təminatlarını nəzərə alsalar, o zaman Ukrayna üçün prioritet Avropa İttifaqına üzvlük, ikincisi isə 800 minlik Ukrayna ordusunun maliyyələşdirilməsidir.



Sizin reklam burada
Sizin reklam burada