Aydın İmrani vəfat etdi

Aydın İmrani vəfat etdi
17:10

“Azərbaycanfilm”in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.

News365.az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” məlumat yayıb.

Qeyd edək ki, A. İmrani 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.

O, “Evlənmək istəyirəm”, “Cin mikrorayonda”, “Özgə ömür”, “Lətifə” və bir sıra məşhur filmlərin direktoru olub.


Sizin reklam burada
Sizin reklam burada