"SpaceX" raket hissəsinin Polşaya düşməsinin səbəbini açıqlayıb

"SpaceX" raket hissəsinin Polşaya düşməsinin səbəbini açıqlayıb
14:33

"Falcon 9" raketinin yuxarı hissəsi yanacaq sızması səbəbindən Polşa ərazisinə düşüb və bu, daşıyıcı kosmik aparatın aşağı Yer orbitindən idarə olunan enişini qeyri-mümkün edib. Bu barədə "SpaceX" şirkəti məlumat yayıb.

"SpaceX" şirkəti onu da aydınlaşdırıb ki, insident fevralın 1-də start verilən Starlink 11-4 missiyası zamanı baş verib. Texnika atmosferə idarə olunan təkrar girişi yerinə yetirmək əvəzinə, ikinci mərhələ tələb olunan manevri yerinə yetirə bilməyib və o, orbitdə qalıb. Fevralın 19-da isə onun elementləri Avropaya düşməyə başlayıb.

"Komandalar sızmanın əsas səbəbini qiymətləndirir və gələcək uçuşlar üçün artıq qabaqlayıcı tədbirlər həyata keçiriblər", - SpaceX bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada