Ukraynanın tanınmış müğənnilərindən sayılan və “Krıxitka” qrupunun rəhbəri olan Saşa Koltsovanı piyada keçidində kuryer vurub.
Bu barədə sənətçinin özü İnstaqramda məlumat yayıb. Saşa qəza anından video da paylaşıb. Qadının sakit şəkildə yolu keçməsi diqqət çəkir və bu zaman velosiped sürən kuryer yüksək sürətlə ona çırpılır. Toqquşma nəticəsində o, yıxılır və başından xəsarət alır.
"Bir neçə həftə əvvəl məni çatdırılma xidmətlərindən birində kuryer işləyən şəxs piyada keçidində vurdu. Mən yaşıl işıqda, piyada keçidində gedirdim və o, müvafiq olaraq, qırmızı işıqda keçdi",- o yazıb.
Tural