ABŞ-nin maliyyə naziri Skot Bessent Kiyevdə səfərdə olarkən Vladimir Zelenski onun üstünə qışqırıb. Görüşdə məlum olduğu kimi, Ukrayna resursları ilə bağlı razılaşma müzakirə olunub. Bu barədə “Financial Times” öz mənbəsinə istinadən məlumat yayıb.
Məqalə müəllifləri qeyd ediblər ki, görüş otağından gələn boğuq qışqırıqları başqa heç nə ilə qarışdırmaq olmazdı.
Qəzetin vurğuladığı kimi, Zelenskinin ofisində gərginlik yaranıb və o özü də son dərəcə qəzəbli görünürmüş.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural