Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
News365.az xəbər verir ki, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Bədəlov İlqar Arif oğlu evdə iş görərkən partlayış olub.
Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.