Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
News365.az xəbər verir ki, doğma yurdlarına yola salınan ailələr artıq Ballıca kəndinə çatıblar.
Qeyd edək ki, bugünkü köç karvanı 95 nəfər olmaqla 22 ailədən ibarətdir. Bununla da Ballıcaya köçürülən ailələrin sayı 112-ə çatıb.
***
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
News365.az xəbər verir ki, fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.