Qarda insanlarımız ciddi problemlərlə üzləşmədi - Deputat

Qarda insanlarımız ciddi problemlərlə üzləşmədi - Deputat
15:16

“Son günlərdə havanın qarlı-şaxtalı olmasına baxmayaraq müvafiq dövlət qurumlarının  vəzifələrinin uğurla yerinə yetirməsi nəticəsində nə müvafiq dövlət qurumlarının, nə   zəruri xidmət sahəsininin fəaliyyətində, nə də insanlarımızın gündəlik sosial-məişət və gündəlik  qayğılarında ciddi problemlə üzləşmədi. Nəticədə paytaxtda və respublikanın bütün bölgələrində həyat  normal və bir saat mexanizmi kimi axarınca davam etdi”.

News365.az xəbər verir ki, bunu açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə,  bütün bunlar onu deməyə əsas verir ki, müvafiq qurumların əvvəlcədən belə qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə hazır olmasının, belə bir şəraitdə cənab Prezidentin həmin qurumlar qarşısında qoyduğu tapşıqırları layiqincə yerinə yetirməsinin göstəricisi idi. “Müvafiq dövlət qurumlarının üzərinə düşən vəzifəni  gecə-gündüz yerinə yetirməsinin və işinə məsuliyyətlə yanaşmasının nəticəsi idi ki, insanlarımız ciddi problemlərlə üzləşmədi.  Nəticədə nə dövlət qurumlarının fəaliyyətində, nə də sosial-xidmət sahəsində hər hansı problem yaşandı”, - o qeyd edib.

Deputat əlavə edib ki,  gözlənilən hava şəraiti ilə əlaqədar olaraq  AAYDA sədri Saleh Məmmədovun rəhbərliyi ilə yaradılan qərargahın fəaliyyətin nəticəsində  respublika əhəmiyyətli yollarda və magistrallarda hərəkət təmin olundu: “Respublika əhəmiyyətli və mərkəzi yollarda   hərkətin təmin olunması məqsədilə qarın təmizlənməsi, buz tökülməsi üçün lazımı sayda texnika cəlb olundu. Biz bu qeyri-sabit hava şəraitində AAYDA ilə yanaşı, polis oqranlarının da fəaliyyətini yüksək qiymətləndirməliyik. Polis əməkdaşları göstərdikləri fəaliyyəti nəticəsində yolda çətin vəziyyətə düşən sürücülərə və  vətəndşalara çoxsaylı yardımlar göstərilib. Bununla bağlı istər sosial şəbəkələrdə, istər media orqanlarında çoxsaylı faktlar əksini tapıb. Kommunal sahədə çalışan işçilər də yolların, küçələrin, piyada yollarının təmizlənməsi və normal hərəkətin təmin olunması üçün zəruri işləri görüblər. Ədalət naminə qeyd etmək lazımdır ki, biz bu şaxtalı-qarlı havada evimizdə oturduğumuz zaman müvafiq dövlət qurumlarının əməkdaşları vətəndaşların rahat həyatını təmin etmək üçün şaxtalı, küləkli hava şəraitində gecə-gündüz xidmət göstərirdilər. Bunu kimsə dana bilməz. 
Təbii ki, belə qeyri-sabit hava şəraitində, təbiət kataklizmlərinin  yaratdığı problemlərin qarşısını tam aradan qaldırmaq və ya buna qarşı mübarizə aparmaq  mümükün deyil. Bu hətta ən inkişaf etmiş ölkələrdə belə mümkün deyil. İstəyimiz təbii ki, belə problemlərin olmamasıdır, amma problemlərdən tam yan qaçmaq da mümkün deyil. Bu səbəbdən də müəyyən problemlərin olması təbiidir. Lakin onu da qeyd etmək lazımdır ki, problemlərin aradan qaldırılması istiqamətində biz ciddi-cəhdlərin olduğunun şahidi olduq.  Müvafiq dövlət qurumları üzərlərinə düşən, eyni zamanda cənab Prezidentin onların qarşısında  vətəndaş məmnunluğu yaradılması istiqamətində onların üzərinə qoyduğu  vəzifəni layiqincə və məsuliyyətlə icra etməyə çalışırdılar”. 



Sizin reklam burada
Sizin reklam burada