Lavrov: "Əksər ölkələrin münaqişə mövqeyi daha realist olub"

Lavrov: "Əksər ölkələrin münaqişə mövqeyi daha realist olub"
13:40

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bir çox ölkələrin mövqeyi daha çox reallığa uyğunlaşıb. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, ölkəsi Ukrayna, Avropa və digər ölkələrlə danışıqlara hazırdır. Lakin hərbi əməliyyatları yalnız “danışıqlar qəti və davamlı nəticə verdikdə” dayandırılacaq.

Lavrov onu da bildirib ki, Rusiya Federasiyası və ABŞ nümayəndə heyətləri arasında fevralın 18-də Ər-Riyadda baş tutan danışıqlar barədə Türkiyə tərəfini məlumatlandırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada