2025-ci il fevralın 28-də Yer kürəsindən unikal astronomik hadisənin - planetlərin böyük paradı görünəcək. Həmin vaxt səmaya teleskopla baxan hər kəs bu nadir kosmik hadisənin şahidi ola biləcək. Günəş sisteminin bütün yeddi planeti eyni vaxtda gecə səmasında görünəcək. Bu barədə ScienceAlert (SciAlert) portalı məlumat yayıb.
Planetlər əslində astronomiya dərsliklərində göstərildiyi kimi mükəmməl düz xətt üzrə düzülmür. Bununla belə, onlar eyni müstəvidə – ekliptikada hərəkət edirlər və bəzən adama elə gəlir ki, onlar xəyali xətt üzrə düzülürlər. Məhz bu hadisə planetlər Günəşin eyni tərəfində olduqda baş verir.
Tural