Arıqlamaq istəyi 80 nəfərin ölümünə səbəb oldu

Arıqlamaq istəyi 80 nəfərin ölümünə səbəb oldu
15:41

Böyük Britaniyada şəkərli diabet və arıqlamaq üçün istifadə olunan dərmanların qəbulu nəticəsində 82 nəfər ölüb.

News365.az bildirir ki,  bu barədə "San" qəzeti Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyinə (MHRA) istinadən məlumat yayıb.

Agentliyin təhlükəsizlik üzrə baş mütəxəssisi Ellison Keyv vurğulayıb ki, belə dərmanların qəbulu, davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar yalnız həkim tərəfindən verilməlidir.

"Bu preparatların yan təsirləri arasında ürəkbulanma, qusma və ishal qeyd olunur. Lakin britaniyalı həkimlərin məlumatına görə, həyati təhlükə yaradan qıcolma, bağırsaq keçməzliyi və mədəaltı vəzinin iltihabı kimi ağırlaşmalar da istisna edilmir", - məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada